Qaban "Hilton" otelinə soxuldu - VİDEO

16 İyul 2013 09:36
Milli.Az Praha.İdnes.cz-ə istinadən bildirir ki, dünən yerli vaxtla 09:45-də polisə zəng vurmuş şəxs Praqanın mərkəzindəki Ştyavnisa adasına Vltava çayından üzüb keçən qabanın girdiyini deyib.

Polislər hadisə yerinə yollananda "Hilton" otelinin əməkdaşı bildirib ki, qaban vitrinin şüşəsini sındırıb, otelə soxulub, sonra çölə çıxaraq qaçıb.

"Vəhşi qaban uşaqlı anaya tərəf şığıyırdı. Yalnız patrullardan birinin cəsur davranışı nəticəsində ana və uşaq zərər çəkmədilər", - Praqa polisinin mətbuat katibi Millena Blijnyakova deyib.

Polislər qabana 3 dəfə trankvilizator inyeksiyası ilə atəş açıblar, sonra onun üstünə tor atıb tutublar və axırda heyvanı meşə təsərrüfatının əməkdaşlarına təhvil veriblər.

Milli.Az