Azərbaycan Beynəlxalq Universiteti bağlandı

1 Sentyabr 2010 14:42
Nazirliyin İcra Aparatından APA-ya verilən məlumata görə, adıçəkilən məktəb lisenziyasının uzadılması üçün müraciət edib. Amma Təhsil Nazirliyinin Lisenziya Komissiyası məsələ ilə bağlı araşdırma apardıqdan sonra lisenziyanın müddətinin uzadılmaması barədə qərar verib. Səbəb kimi isə məktəbin tədrisinin təşkilindəki problemlər, qanunsuz tələbə köçürmələri və digər nöqsanla göstərilib.

Qeyd edək ki, məsələ ilə bağlı Təhsil Nazirliyinin bu gün rəsmi açıqlama yayacağı gözlənilir.

Milli.Az