Bakıda dəhşət - YENİLƏNİB - VİDEO - FOTO

15 İyul 2013 15:44

15:38

1 saylı Şəhər Xəstəxanasından Milli.Az-a bildirildi ki, başına daş düşən şəxs 21 yaşlı Rövşən Hüseynovdur. Yaralı dərhal əməliyyata götürülüb. Yaralı başından ciddi xəsarət alıb, vəziyyəti ağırdır.

--------
14:16

Səbail rayonunda faciəli hadisə baş verib.

Milli.Az-ın hadisə yerində olan əməkdaşının məlumatına görə, Lermontov küçəsində, Dövlət İdarəçilik Akademiyasının qarşısında yerləşən doqquzmərtəbəli binadan böyük daş parçası qoparaq aşağıdan keçən oğlanın başına düşüb.

Zərbədən oğlanın başı partlayıb və qanı yerə dağılıb.

Hadisə yerinə gələn təcili tibbi yardım briqadasının əməkdaşları yaralını dərhal xəstəxanaya aparıblar. Hadisə yerindən olan video və fotoları az sonra sayta yerləşdirəcəyik.

Anar Məmmədov, Elşən İmanov

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

--------
15:44



Foto, video: Elşən İmanov