Aygün Kazımova və Snup Doq - 30 min radio dalğasında - FOTOSESSİYA
15 İyul 2013 13:18
Milli.Az xəbər verir ki, xalq artisti Aygün Kazımovanın məşhur reper Snup Doqla duet oxuduğu "Coffee from Columbia" mahnısının tanıtımı sabahdan etibarən start götürəcək.
Türk mediasının diqqətdə saxladığı bu hadisənin bəzi detalları açıqlanıb. Məlumata görə iyulun 16-dan etibarən Amerika, Avropada fəaliyyət göstərən 30 min radio dalğası real hiti eyni anda səsləndirəcək.
Qardaş ölkə mediası Aygün xanımın bu layihəsini türk musiqi tarixində bir ilk kimi dəyərləndirirlər. Ekspertlər türk əsilli bir ulduzun məşhur reperlə duet ərsəyə gətirməsini onun qələbəsi hesab edilər.
Hazırda Bakıda olan xanım Kazımova verdiyi açıqlamasında "bu qələbəmi Azərbaycan və bütün türk xalqına ərmağan edirəm" deyib.
Mahnı iyulun 16-dan dinləyicilərə təqdim olunsa da, albom ayqustun 14-dən etibarən dünyanın bir çox musiqi marketlərində yerini alacaq.
Hollivudda bu duetə çəkilmiş ekran işi də fərqli şəkildə tamaşaçılara təqdim olunacaq.
Qeyd edək ki, Aygün Kazımovanın Snup Doqla birgə layihəsinin təşəbbüskarı Türkiyənin nüfuzlu "Dokuz-Sekiz" şirkətidir.
Aygün xanım artıq bir neçə ildir ki, sözügedən şirkətlə əməkdaşlıq edir. Onun prodüseri əksər türk ulduzlarının uğurlu piarını aparan Ahmet Çelengdir.
Şahin Cavadsoy
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.















