Dünya rekordu vurmaq istədi canından oldu

15 İyul 2013 11:42
Amerikalı Bill Uorner sürət rekordu müəyyənləşdirmək istərkən həlak olub. Bu barədə Associated Press xəbər verib.

Agentliyin xəbərinə görə, idmançı Suzuki Hayabusa motosiklinin sükanı arxasında idi.
Uorner sürət rekordu müəyyənləşdirmək istəyirdi. Onun məqsədi 300 m/saat sürət yığmaq idi. Lakin 285 m/saat sürətdə motosikldən yıxılmağı buna mane olub.
Uorner insidentdən 75 dəqiqə sonra xəstəxanada vəfat edib.

Milli.Az