Türkiyədə aerokosmik mərkəz yaradılacaq
15 İyul 2013 10:51
Bu barədə Trend "Sabah" qəzetinə istinadən xəbər yayır.
Məlumatda bildirilir ki, "AIT Center" adlanacaq mərkəzi Fransa və İtaliyanın birgə müəssisəsi olan "Thales Alenia Space" tikəcək. "AIT Center" üç min kvadrat metr əraziyə malik sahədə yerləşəcək.
Mərkəzin tikintisi bu ilin oktyabr ayında başlayacaq və 2014-cü ilin may ayında bitəcək.
Türkiyə 2012-ci ilin dekabrın-18-də Çinin "Jiquan" bazasından "Göktürk-2" adlı peykini kosmosa buraxıb. Peyk müdafiə məqsədi ilə istifadə olunur
Türkiyənin ilk kəşfiyyat peyki olan "RASAT" isə 2011-ci ildə kosmosa buraxılıb.
Milli.Az