Jeep Cherokee-nin yeni versiyası hazırlanır

13 İyul 2013 17:34
Bu modifikasiya adında ənənənəvi SRT əlavəsini əldə edəcək. Bu barədə Allpar saytı xəbər verir.

Milli.Az Auto.az-a istinadən bildirir ki, əvvəlcədən verilmiş məlumata görə ən güclü "Çeroki" tam ötürücülü modifikasiyanın bazasında doqquzpilləli avtomatik sürət qutusu ilə düzəldiləcək. Mühərriklərin arasında bir neçə variant ehtimal olunur: modeldə ya Pentastar atelyesinin 375 (bir turbinlə) və ya 410 a.g. (iki turbinlə) sürət verən üçlitrlik "altılığı" və ya 300 a.g. çox sürət yığan 2,4 litrlik turbolaşdırılmış "dördlük" peyda ola bilər.

Yeni nəsil "Jeep Cherokee" yolsuzluq avtomobilinin sirri cari ilin yazında açılıb. Model artıq sedan "Dodge Dart" sedanı və hetçbek "Alfa Romeo Giulietta" üçün istifadə olunan "Fiat" platformasında düzəlib və iki benzin mühərriki ilə təklif olunur. Onların arasında: 186 a.g. verən dördsilindrli 2.4 aqreqatı və 274 a.g. verən 3,2 litr həcmli V6 mühərriki var.

Milli.Az