Güclənən, yenilənən Mercedes AMG - FOTO

13 İyul 2013 21:37
Eksteryerin və interyerin bəzəyi, həmçinin bəzi əlavə aksesuarlar bu modifikasiyaya eksklüzivlik verir. Avtomobilin standart komplektasiyasında adətən əlavə ödəməyə təqdim olunan seçim paketləri var. Yenilik yaxın günlərdə satışa buraxılacaq. Avropada onun qiyməti 63 009, 75 avrodan başlayacaq.

Milli.Az Auto.az-a istinadən bildirir ki, "Mercedes-Benz CLA 45 AMG Edition 1" banın bir neçə rəng variantında təqdim olunacaq. Avtomobilin fərdiliyini əlavə olaraq  yük yeri qapağının qara cilalı spoyleri, 19 düymlük tutqun qara yüngül lehimli disklər, radiator barmaqlığında və güzgülərdəki qırmızı aksentlər, yanlardakı qara zolaqlar və bəzi kiçik detallar nəzərə çarpdıracaq.

Salonda qismən dəri ilə bəzənmiş idman oturacaqları, dəri sükan, torpedada karbon qoyma və təzadlı qırmızı tikiş görmək olar. Xüsusi simvolika modelin eksklüzivliyini göstərəcək. 2,0-litrlik dördsilindrli turbomühərrik əvvəlki kimi 360 a.g. və 450 Nm sürət verir. Bu da dördqapılı sportkara 100 km/saata 4,6 saniyəyə sürətlənməyə imkan verir. Onun maksimal sürəti 250 km/saatdır.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.