Obama və Putin Edvard Snoudeni müzakirə ediblər

13 İyul 2013 09:20
APA xəbər verir ki, prezidentlər ikitərəfli əməkdaşlıq, təhlükəsizlik və Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snoudenlə bağlı məsələləri müzakirə ediblər.

Rusiya tərəfi danışıqda Edvard Snouden məsələsinin əsas yer tutduğunu bildirib.

Xatırladaq ki, ötən gün E.Snouden siyasi sığınacaq üçün Moskvaya müraciət ünvanlayıb. 

Mərkəzi Kəşfiyyat İdarəsinin texniki mütəxəssisi Edvard Snouden məhkəmənin məxfi orderini yaymaqda günahlandırılır. Həmin orderə əsasən, ABŞ-a "Verizon" iri mobil operatorunun bütün zənglərini izləmək hüququ verilir. Həmçinin Snouden ABŞ Milli Təhlükəsizlik Agentliyinin məxfi PRISM proqramı barədə məlumatları yaymaqda ittiham edilir. Bu proqram böyük saytlarda elektron kommunikasiyaları izləməyə imkan verir.

İyunun 23-də Honkonqdan Rusiyaya uçan Snouden hazırda Moskva hava limanındadır.

Milli.Az