Böyük qalmaqal: şahzadə küçə qadını çıxdı - FOTO

13 İyul 2013 11:22
Sara əl Əmudi 14 milyon funt-sterlinq məbləğində fırıldaqda suçlanır.

Milli.Az Mail Online-a istinadən bildirir ki, aldatdığı və fırıldaqlarına qurban etdiyi təşkilatlarla insanlara özünü səudi şahzadəsi kimi təqdim edən Sara əl Əmudi "hədsiz-hüdudsuz varidat sahibəsi" olduğunu deyirdi. O, HSBC bankında 4 milyonluq hesaba, ümumiyyətlə isə 165 milyon funt-sterlinqlik varidata malik olduğunu vurğulayırdı.

Halbuki bu qadın şahzadə deyildi: o, Londonun bahalı səmtlərində, milyonçu və milyarderlərin "məkanı" sayılan yerlərdə fahişəliklə məşğul olurmuş.

Sara əl Əmudinin aldatdığı adamlar arasında 6 nəfər bu qadına Londonun mərkəzində ev və apartament satıblar. Amma nisyə: "səudi şahzadə" pulu sonradan verəcəyini demiş, daşınmaz əmlak sahibləri də böyük gəlir əldə edəcəklərini düşünərək tamahlarının qurbanı olmuş və razılaşmışdılar.
Məhkəmə prosesinin ilk iclasında zərərçəkmiş qismində ifadə verən 56 yaşlı Amanda Klatterbak və 45 yaşlı Yan Patonun dediklərinə görə, bu qadının fahişə olduğunu sonradan biliblər.

"O, bacısı ilə birlikdə bədənini satır. Deyilənlərə görə, 750 min funt-sterlinq pulları var. Mən, bu qadına satdığım 5 otaqlı evin qiymətinin ödənməsini və fırıldaqçı, əxlaqsız qadının cəzalandırılmasını tələb edirəm"", - Yan Paton deyib.

Məhkəmə materiallarına görə, Sara əl Əmudinin qurbanları arasında məşhur aktyor Kolin Farrell də varmış. Aktyor "gözəl və əxlaqlı şahzadə" saydığı qadına vurulubmuş.

Halbuki elə həmin dönəmdə əl Əmudi isveç model Patrik Ribbseterin "eşq izhar"larını qəbul edir, onunla "ailə qurmağın perspektivləri"ni müzakirə edirdi.

Farrelə 30 yaşının olduğunu deyən Əmudi isveç modelə 43 yaşında olduğunu demişdi.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.







Fotolar: Mail Online