Dəhşətli qatar qəzası: 6 ölü - VİDEO - FOTO

13 İyul 2013 09:11
Milli.Az Agence France-Presse-ə istinadən bildirir ki, Parisin həndəvərindəki Bretinyi sür Orj qəsəbəsində Limoj şəhərinə yollanan sərnişin qatarı relslərdən çıxaraq aşıb.

Le Monde-un məlumatına görə, 6 nəfərin həlak olduğu təsiqlənib. Yaralıların sayı hələlik dəqiq bilinmir.

Polisdən Le Figaro-ya verilən məlumata görə, qəza nəticəsində qatar ikiyə parçalanıb. Bəzi vaqonlar hərəkəti davam etdirib, bəziləri isə relslərdən aşıb.

Qəzanın dəqiq səbəbi bilinmir. Fransa prezidenti Fransua Olland olay yerinə yollanıb.

Le Parisien bildirir ki, relslərdən çıxmış qatar platformaya dəyib.

Qəzaya uğramış qatarda 385 sərnişin vardı.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.