Səfər Əbiyev Oman Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib

12 İyul 2013 16:54
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 12-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Oman Sultanlığının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Ahmed bin Harith al-Nabhanini qəbul edib.

CİSM-in tərkibində hərbçilərin futbol üzrə dünya kubokunda iştirak edən ölkəsinin futbol yarışını müşayiət etmək üçün Azərbaycana gələn qonaqla müdafiə naziri arasında müxtəlif məsələlər barədə fikir mübadiləsi aparılıb.

Milli.Az