Smartfon bazarında nə dəyişir?

12 İyul 2013 18:58
Milli.Az ICTnews-a istinadən bildirir ki, tədqiqat şirkətinin hesabatına əsasən, smartfonlar üçün prosessor satışlarından əldə olunmuş mənfəətin həcminə görə Qualcomm, Apple, Samsung, MediaTek və Broadcom liderdirlər. Qualcomm şirkəti birinci pillədə qərarlaşıb, HTC One, Google Nexus 4, LG Optimus G, Samsung Galaxy S4 və Sony XPERIA Z kimi smartfonlar onun çipləri ilə təchiz edilib.

Strategy Analytics şirkəti ayrıca press-relizdə planşetlər üçün ixtisaslaşdırılmış prosessorlar bazarı üzrə məlumatları dərc edib. 2013-cü ilin yanvar-mart ayları ərzində sözügedən seqment ötən ilin müvafiq dövrü ilə müqayisədə 52% artıb.

Bu seqmentdə mənfəətin həcminə görə Apple, Texas Instruments (TI), Samsung, NVIDIA və Intel şirkətləri aparıcı istehsalçılardır.

Milli.Az