"Yuventus" Diamantini heyətinə qatmaq niyyətindədir

12 İyul 2013 12:45
İtaliyanın "Baloniya" klubunun hücumçusu Alessandro Diamanti "Yuventus"un maraq dairəsinə düşüb. Bu barədə Trend "mediaset" saytına istinadən məlumat yayıb.

Turin klubu İtaliya millisinin 30 yaşlı oyunçusuna bu yaxınlarda 8 milyon avro müqabilində İngiltərənin "Sanderland" klubuna keçən Emanuel Giaccherininin əvəzləyicisi kimi baxır.

Məlumatda bildirilir ki, Diamantinin transfer məbləğini azaltmaq üçün "Yuventus" müdafiəçilər Paolo de ÇelieFrederik Sorenseni də bu razılığa daxil etməyə hazırdır.

Xatırladaq ki, hər iki oyunçu ötən mövsümü icarə əsasında "Baloniya" klubunda keçirib.

Mİlli.Az