Paytaxta elektrik enerjisinin verilməsi bərpa olunur

6 Fevral 2010 10:53
"Bakıelektrikşəbəkə" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin  Milli.Az xəbər portalına verdiyi məlumata görə, yalnız Sabunçu və Xətai rayonlarında müəyyən problemlər qalır.

Qurum rəsmisi həmiçinin, Binəqədi rayonunun 9-cu mikrorayon hissəsində elektrik enerjisində problemin qaldığını bildirib və bunun Dərnəgül yarımelektrik satansiyasına elektrikin verilməməsi ilə izah edib.

T.Mustafayev qeyd edib ki, problemlər Mingəçevir DRES-dən Bakıya elektrik enerjisi nəql edən 3 ədəd yüksəkgərginlikli veriliş xəttinin 2-də baş vermiş qəza ilə bağlıdır.

Anar Məmmədov
Milli.Az