"O müğənnilərin hamamda erotik görüntüləri və lüt fotoları hər kəsin telefonunda var" - FOTO
10 İyul 2013 17:45
Publika.Az-a müsahibə verən gənc müğənni Mila Azərbaycanda yaşadığımız üçün mentalitetə riayət etməyimizi vacib sayır.
- Bu gün xalq artistlərinin qalmaqalına münasibətin necədir?
-
O müğənnilərin indi qalmaqal salmağa heç bir ehtiyacları yoxdur. Çünki
müəyyən yaş həddində olan insanlardır. 15 yaşları yoxdur ki, durub
qalmaqal, intriqa salsınlar və bir-birlərinin biədəb şəkillərini
yaysınlar. Sənətçi öz imicini qoruyub saxlamalı və illərlə özünə
qazandığı hörməti yerə vurmamalıdır. Biz Azərbaycanda yaşayırıq,
Amerikada yox. Buna görə də sənət adamı olaraq oturuşumuza-duruşumuza,
hərəkətlərimizə fikir verməliyik. Sənətçi nəzərə almalıdır ki, üzdə olan
insandır və bir nümunə olmalıdır. İnanıram ki, sənətçilərimiz arasında
bu qalmaqallar sülhlə bitəcək.
- Əksər müğənnilərin yarıçılpaq şəkilləri yayımlanıb. Sən belə şəkillər çəkdirərdin?
-
Mən belə şəkillər çəkdirsəydim, Azərbaycanda yox, Amerikada nümayiş
etdirərdim ki, bizim insanlar tərəfindən normal qarşılansın.
- Pis baxmırsan da, belə fotolara?
- Bir qadının fizioloji quruluşu ona imkan verirsə, bu gözəlliyi nümayiş etdirməkdə nə eyib iş ola bilər ki?
- Bir çox müğənnilər soyunaraq erotik şəkillər çəkdirdilər və bununla da məşhurlaşdılar. Eşitdiyimizə görə, sənə də reklam şirkətlərinin birindən belə bir təklif gəlib?
-
Razıyam bu fikirlə ki, bəli, bir neçə məşhur müğənnilərimiz soyunaraq
məşhurlaşdılar. Mənə də təklif olundu, döş giləsini nümayiş etdirməklə
açıq-saçıq fotolar çəkdirim, imtina etdim. Soyunaram, amma çərçivə
daxilində. Təbii ki, zamanında müğənni var idi ki, gözəl səsi ilə heç
kimi cəlb edə bilmədi, başladı soyunmağa. Hər qadında seks axtaran bəzi
təbəqə də bundan sonra onu sevməyə başladılar. O müğənni soyunub hamamda
seksi görüntülərini də yaydı. Bu görüntülər "youtube"da da var.
-
Söhbət yəqin ki, Röyadan gedir. Qorxmursan ki, bu açıqlamadan sonra
Röya sənə qarşı hücuma keçər və şou-biznesdə daha bir qalmaqalın əsası
qoyular?
- Mən ad çəkmirəm, o müğənniləri mühakimə də
etmirəm. Hər kəs bilir onlar kimlərdir. Həm də burada gizlin heç nə
yoxdur, o müğənnilərin hamamda seksi görüntüləri və lüt fotoları hər
kəsin telefonunda var.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.






