14 aylıq qız internetdə maşın aldı

11 İyul 2013 16:21
Milli.Az KOİN-ə istinadən bildirir ki, Sorella atası Pol Stutun smartfonu ilə oynayanda təsadüfən eBay proqram əlavəsinin ikonkasını basıb, proqrama daxil olub və 225 dollara Austin Healey avtomobili alıb.

Maşın 1962-ci ildə istehsal olunub.
Uşaq təsadüfən alış-veiş etsə də, valideynlər avtomobildən imtina etməyibdər.

Stutlar ailəsi Portlenddə kondominimumda yaşadıqlarından və maşın üçün qarajları olmadıqlarından, Austin Healey maşını hələlik uşağın baba və nənəsinin evində saxlanacaq.

Pol Stutun sözlərinə görə, köhnə avtomobili təmir etmək, Sorellanın 16 yaşında ona hədiyyə etmək fikrindədir.

"Yaxşı ki, qızım 38 min dollara Porsche almayıb", - Pol Stut deyib.

Milli.Az