Xaçmazda "Vaz" "Niva"ya çırpıldı - YENİLƏNİB - VİDEO

11 İyul 2013 15:46
09:54

Milli.Az Regional TV-yə istinadən xəbər verir ki, hadisə Xaçmaz-Quba yolunun 6-cı km-də, Xaçmaz rayonunun Yergüc kəndi ərazisində qeydə alınıb. Xaçmazdan Quba istiqamətində hərəkətdə olan 26 yaşlı Xaçmaz rayonunun Arzu qəsəbə sakini Razi Şükürovun idarə etdiyi 10 DP 432 qeydiyyat nişanlı "Vaz 21 011" markalı avtomobil magistrala çıxan 41 yaşlı Xaçmaz rayonunun Mürşüdoba kənd sakini Xosrov Allahverdiyevin idarə etdiyi 40 BF 817 qeydiyyat nişanlı "Niva" markalı avtomobilə çırpılıb.

Qəza zamanı avtomobillərə əzilsə də, sürücü və sərnişinlərdən heç kim xəsarət almayıb. Qəzaya yüksək sürətin səbəb olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Milli.Az


--------------
15:46

Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.