Yovetiç "Mançester Siti" ilə anlaşdı

10 İyul 2013 18:20
Sportnews Mediaset-in verdiyi məlumata görə Stefan Yovetiç "Mançester Siti"yə keçməyə razılıq verib. Monteneqro yığmasının futbolçusu məvacibi 4 milyon avro olan 5 illik müqavilə imzalamağa hazırdır.

Hazırda ingilislər "Fiorentina" ilə razılıq əldə etməlidirlər. "Siti"nin təklifi 25 milyon avrodur. Florensiya klubunun prezidenti Andrea Della Valle Yovetiçə 30 milyon avro qiymət qoyub.

Milli.Az