Millimizin futbolçusu Rumıniyanın superkubokunu qazana bilər

10 İyul 2013 18:06
Bu gün futbol üzrə Rumıniya Super Kuboku uğrunda oyun keçiriləcək. Azerisport.az xəbər verir ki, həlledici görüşdə son ölkə çempionu "Steaua" ilə kubokun qalibi "Petrolul" qarşılaşacaq.
 
Qeyd edək ki, bu oyunda "Petrolul"da forma geyən Azərbaycan yığmasının müdafiəçisi Elhad Nəziri də iştirak edə bilər.

Sonda onu da xatırladaq ki, "Petrolul" tarixində heç vaxt Super Kuboka sahib çıxmayıb. Bu komanda cəmi bir dəfə 1995-ci ildə Super Kubok oyununa çıxsa da, həmin vaxt məhz "Steaua"ya uduzaraq, şansını əldən qaçırmışdı. İndi həmyerlimizin komandası həm qisas almağa, həm də tarix yazmağa çalışacaq. "Steaua" isə beş dəfə (1994, 1995, 1998, 2001, 2006-cı illərdə) Super Kubokun qalibi olub, daha üç görüşdə məğlub olub.
 
Rumıniya Super Kuboku

10 iyul
 
22:45. Steaua - Petrolul

Milli.Az