Madonnanın sevgilisindən ayrılmasına qaradərili idmançı səbəb olub - FOTOSESSİYA
6 Fevral 2010 10:12
Milli.Az xəbər portalının məlumatına görə, showbizspy.com saytı Madonnanın bu günlərdə 23 yaşlı sevgilisi Hesus Lusla ayrılmasının detallarını üzə çıxarıb.
Xatırladaq ki, bir neçə gün əvvəl baş tutmuş "boşanma"nın təşəbbüskarının gənc braziliyalı olduğu bildirilirdi. Guya o, 51 yaşlı Madonna ilə aralarındakı fərqdən narazı olduğu üçün ulduz müğənnini atıb. Bir neçə gün sonra mətbuatda hətta Hesusun gənc qızla çimərlikdə əylənməsini əks etdirən şəkilləri də yayılıb.
İndi isə məlum olub ki, əslində ayrılıq Madonnanın təşəbbüsü ilə baş verib. Onun qaradərili məşhur beysbolçu Aleks Rodriqeslə gizli görüşlər keçirdiyi bildirilir. "Bütün bu müddətdə onlar arasında münasibət tam kəsilməyibmiş. İdmançı ilə müğənni daim əlaqə saxlayırmış. Bu yaxınlarda isə Rodriqes Madonnanın evinə gəlib", - deyə ifaçıya yaxın mənbə bildirib.
Xatırladaq ki, Madonna ilə Rodriqes arasında 2008-ci ildə eşq macərası yaşanıb. O zaman müğənni hələ britaniyalı rejissor Qay Riçi ilə rəsmi nikahda idi.
Milli.Az

--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------
