Nazir xalq artistlərinin davasına fikir bildirdi

10 İyul 2013 13:30
Milli.Az xəbər veri ki, Qubada olan nazir AzNews.az-ın əməkdaşının məsələ ilə bağlı sualına cavab olaraq bunları deyib:

"Xalq artisti adını alan şəxs, bu ada layiq olmağa çalışmalıdır. Bu adın məsuliyyətini daşımalıdırlar. Hesab edirəm ki, cəmiyyətdə tanınan şəxslər aralarındakı məsələləri mətbuat vasitəsi ilə həll etməməlidir. Hər bir problemi öz aralarında çözməlidirlər".

Nazir mətbuata da səslənib: "Mətbuat onların narazılıqlarını sensasiya kimi qələmə verməməlidir".

Milli.Az