Dəmiryolu qəzasında ölənlərin sayı 15-ə çatdı
10 İyul 2013 10:33
Kanadanın Kvebek əyalətində iyulun 6-da baş vermiş dəmiryolu qəzasında ölənlərin sayı 15-ə çatıb - hadisə yerində daha iki nəfərin cəsədi tapılıb.
APA-nın "BBC"yə istinadən verdiyi xəbərə görə, ən azı 35 nəfər itkin düşmüş hesab olunur. Rəsmi qurumlar DNT nümunələrinin götürülməsi üçün itkin düşən şəxslərin qohumlarından istintaqa onlara məxsus olan şəxsi əşyaları: diş fırçaları, daraq, ülgüc və s. təqdim etməyi xahiş edib. Bununla belə, rəsmi nümayəndələr bəzi cəsədlərin tanınmasının qeyri-mümkün olduğu barədə xəbərdarlıq ediblər.
Qeyd edək ki, 72 sistern-vaqondan ibarət qatarın qəzaya uğraması nəticəsində güclü yanğın baş verib. Yanğın o qədər güclü olub ki, rəsmi qurumlar yaxınlıqdakı ərazidən 2000-dək sakini təxliyyə etmək məcburiyyətində olub.
Yanğın nəticəsində 30-dan çox binanın yandığı bildirilir.
Milli.Az