ANS-in aparıcı danışdı: "Öpüşmə, qucaqlaşma, yataq səhnələrini....."
9 İyul 2013 14:54
ANS-in "Top-10" verilişinin aparıcısı Umka Hacıyevanın telekanaldan uzaqlaşdırılması son günlərin müzakirəsinə səbəb olub.
Belə ki, rəhbərlik aparıcının qovulduğunu desə, də xanım aparıcı bunu inkar edib. ANS televiziyasının proqramlar departamentinin direktoru Sevda Həsənova aparıcının milli-mənəvi dəyərlərə uyğun olmayan hərəkətlər etdiyi üçün ANS TV-dən uzaqlaşdırıldığını bildirib.
Azxeber.com-un məlumatına görə, Umka Hacıyeva "Facebook" sosial şəbəkəsində işdən öz istəyi ilə ayrıldığını yazıb:
"Birincisi, məni işdən heç kim azad etməyib. Özüm 4-5 dəfə ərizə yazmışam ki, mənimlə olan müqaviləyə xitam verilsin. Onlar özləri ərizəni cırıb tullayıblar və məni işdə saxlayıblar. İkincisi isə, son verilişimi verib gedəndə də qeyd etdim ki, işdən çıxıram. Bununla bağlı ərizə yazdım və hətta onların cavabını gözləmədən çıxıb getdim. Bilməyənlər bu haqda boş-boş danışmasalar, yaxşıdır."
Umka Hacıyeva milli-mənəvi dəyərlərə zidd hərəkət etməsi ilə bağlı iddialara sərt münasibət bildirib:
"O ki qaldı milli-mənəvi dəyərlərə, "Ağabəyovlar" serialında öpüşmə, qucaqlaşma, yataq səhnələrini nənəm çəkib?"
Milli.Az