Bakı metrosunda öldü - FOTO

1 Noyabr 2014 19:39
Təxminən 17 radələrində metronun "Koroğlu" stansiyasında bədbəxt hadisə baş verib. Metrodan çıxan 60-65 yaşlarında bir kişi eskalatora minməyə hazırlaşarkən qəfildən yerə yıxılıb. Ətrafdakı insanların yardımına baxmayaraq həmin şəxs bir neçə dəqiqənin ərzində keçinib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, ətrafdakı adamlar dərhal polisə və təcili yardıma zəng vurublar: "Təcili yardım maşınının ora gəlib çatması haradasa 15-20 dəqiqə çəkdi. Həkimlər briqadası gələndə kişi artıq ölmüşdü. Təcili yardım həkimləri onun boğulmadan və ya infarktdan öldüyünü güman etdiklərini dedilər. Onların ehtimalına görə, mərhum ya ürək tutmasından vəfat edib, ya da astma xəstəsi olub və boğulmadan keçinib".

Mərhumun meyiti təcili yardım maşını ilə tibbi ekspertizaya aparılıb.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin