37 il əvvəldən gələn lüks avto - FOTO

8 İyul 2013 20:56
Milli.Az Auto.az-a istinadən bildirir ki, "Mustang Fastback"-ın bazasında düzəldilən birinci avtomobil avqustun 16-da Monterey Car Week hərracında satılacaq. Avtombilin orijinal dizaynını maksimal surətdə saxlamağa çalışan Amerikalılar hər avtomobili müasir texniki içliklə və müasir rahatlıq təmin etmə sistemləri ilə təchiz edirlər.

Hər nümunə "Shelby"-nin seriya nömrəsini əldə edəcək və "Shelby American World Registry"-nin reyestrinə daxil ediləcək. "Ford Mustang Shelby GT350CR" 545 a.g. olan 7,0-litrlik V-şəkilli səkkizsilindrli Ford Racing mühərriki ilə təchiz olunub.

Mühərrik Nitrous azotunun oksidləşməsi sistemi ilə təchiz olunur və beşpilləli mexaniki Tremec sürət qutusu ilə cüt işləyir. Masl kar həmçinin yeni sükan idarəetməsi, asılqanın yeni detalları, güclü Wilwood əyləcləri və lehimli HRE Performance təkər diskləri əldə etdi.

Eksteryerin ənənəvi yarış zolaqları və əlavə aksesuarları olan parlaq idman dizaynı avtomobilin fərdiliyini nəzərə çarpdırır.

Salonda çox-nöqtəli təhlükəsizlik kəmərləri olan dəri idman oturacaqları, güclü akustika sistemi, taxta idman sükanı və klimat-kontrol görmək olar.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.