Təhsil Nazirliyinin keçmiş məmuru yeni fəaliyyətinə başladı

5 İyul 2013 15:49
Təhsil Nazirliyinin keçmiş Akkreditasiya şöbəsinin müdiri Həbib Zərbəliyev Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) fəaliyyətə başlayıb.

Bu barədə APA-ya məlumat verən Həbib Zərbəliyev bildirib ki, iyunun 13-dən AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsində baş mütəxəssis kimi fəaliyyətə başlayıb. Onun sözlərinə görə, hazırda AMEA-da prezidentin sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair" Dövlət Proqramının koordinatoru vəzifəsini icra edir.

H.Zərbəliyev qeyd edib ki, Azərbaycan Dillər Universitetinin professoru kimi də fəaliyyətini davam etdirir.

Milli.Az