Visa və MasterCard ödənişləri bağlamağa başlayıblar

5 İyul 2013 18:58
Milli.Az ICTnews-a istinadən bildirir ki, bu həftə İsveçrənin ödəniş provayderi Payson, kredit sistemləri operatorlarından müvafiq əmr aldıqdan sonra,  anonimləşdirmə servisinə çıxışı məhdudlaşdırıb. The Pirate Bayin həmyaradıcısı Piter Sunde tərəfindən yaradılmış iPredator VPN-provayderi bildirib ki, hazırda onun şirkəti blokun açılmasına yönəlmiş hüquqi cəhdlər edir.

Müstəqil ekspertlər deyirlər ki, Visa və MasterCardın gördüyü tədbirlər VPN-provayderləri tərəfdaş proqramları və fayl mübadiləçiləri tərəfindən diktə edilib. Öncə PayPal ödəniş sistemi bu cür təchizatçıların ödənişlərini kəsməyə başlayıb. Perspektivdə ödəniş sistemləri anonimizasiya sistemlərinin təchizatçılarının geniş dairəsinə qarşıda da ödənişləri bağlamaq niyyətindədir.

Paysonda deyirlər ki, Visa və Mastercarddan xəbərdarlığı artıq ötən həftə alıblar və bundan sonra müştərilərini məlumatlandırmağa başlayıblar. Məlumatda bildirilib ki, Paysonun müştəriləri şirkətin xidmətlərindən, onları depozit hesabdan ödəyərək  istifadə edə bilərlər, lakin yeni hesabların kart vasitəsilə doldurulması hələ ki, mümkün deyil.

Piter Sunde TorrentFreak saytına müsahibəsində bildirib ki, bu qərara təəccüblənib. Çünki Amerikanın Visa və MasterCard sistemləri məhkəmə sanksiyası olmadan maliyyə vəsaitlərini bağlayırlar, bundan başqa onlar Amerika şirkəti olmayan və bu ölkəyə aidiyyəti olmayan şirkətlərin resurslarını bağlayırlar.

Onun sözlərinə əsasən, iPredator servisi bir sıra alternativ pul qəbulu üsuluna malikdir, misal üçün, bitcoin üzrə, lakin məhkəməsiz tam leqal biznesi ölkə xaricində bağlamaq tam ağılsızlıqdı . O qeyd edib ki, Visa və MasterCardın belə davranışı Amerika hökumətinin sifarişidir, çünki VPN-servislər məlumatları anonim ötürməyə imkan verir və Milli Təhlükəsizlik Agentliyi onlara çıxış əldə edə bilmir.

Bu gün Payson üzərindən ödənişləri iPredatorla yanaşı, Annonine, Mullvad, VPNTunnel, Privatvpn və s. sistemlər qəbul edir.

Milli.Az