Rəşad Sadıqov "Əskişəhərspor"da!

30 Avqust 2010 09:22
Asport.az-ın verdiyi xəbərə görə, Sadıqov Türkiyənin "Əskişəhərspor" klubu ilə ikiillik müqavilə imzalayıb. Müdafiəçi dünən yeni komandasının "Qalatasaray"a qarşı oyununu da tribunadan izləyib.

Hazırda "Əskişəhərspor"un 3 turdan sonra 1 xalı var və turnir cədvəlində sonuncu yerlərdən birini tutur.

Qeyd edək ki,  Sadıqova Rusiyanın "Alaniya" klubundan da təklif gəlmişdi, amma millinin alman çalışdırıcısı futbolçuya Türkiyə variantını seçməyi məsləhət bilmişdi.

Milli.Az