Boliviya ABŞ-a hədə-qorxu gəldi: "Başqa müttəfiqlərimiz var"
5 İyul 2013 10:11
Boliviya prezidenti Evo Morales ABŞ-ın La-Pasdakı səfirliyini bağlamaqla hədələyib.
APA-nın məlumatına görə, bu barədə o, tərəfdarları qarşısında çıxış etdiyi mitinqdə bildirib.
"Bizə onların bura gəlib sui-qəsd təşkil etmələri lazım deyil, mən onların səfirliyini gözümü qırpmadan bağlayaram. Bizim ləyaqət hissimiz var. Birləşmiş Ştatlar olmadan biz həm siyasi, həm də iqtisadi mənada daha yaxşı yaşayarıq. Bizim başqa müttəfiqlərimiz var", - deyə Morales bəyan edib.
Milli.Az