Nokia fikrini dəyişdi
5 İyul 2013 21:55
Milli.Az ICTnews-ə istinadən bildirir ki, müqavilə Nokia Siemens yüksəksürətli məlumatların ötürülməsini təmin edən LTE-şəbəkənin yaradılmasını nəzərdə tutur.
Müqavilənin qiyməti 200 milyon dollar təşkil edir və gələcəkdə daha da artırıla bilər. Öncə MTS İsveçrənin Ericsson şirkəti ilə Rusiyanın cənubunda, Volqayanı regionda, Sibirdə və Uralda LTE-şəbəkənin yaradılması ilə bağlı kontrakt bağlamışdır. Nokia Siemens şirkəti ilə saziş Moskva daxil olmaqla mərkəzi regionu əhatə edir.
Beləliklə, MTS-in Uzaq Şərqdə və ölkənin şimal-qərbində daha iki tenderi qalır.
Xatırladaq ki, Rusiyada 4G-lisenziyalar bir il bundan öncə paylanıb və onları mobil rabitə operatorlarının Böyük üçlüyü, həmçinin Rostelekom alıb. Onlar 2019-cu ilədək hər il şəbəkələrin inkişafına 15 milyard rubl sərmayə qoymağa söz veriblər.
Milli.Az