Qızına təcavüz edən ata cəzalandı
4 İyul 2013 14:43
Xəstəxanada müayinə zamanı qızın hamilə olduğu, onun doğuş sancılarının başladığı bəlli olmuşdu.
Daha doğrusu, 15 yaşlı E.Z. hamiləliyin 26-cı həftəsində idi.
Milli.Az DHA-ya istinadən bildirir ki, həkimlər əməliyyata başlayıblar və E.Z.-nin oğlu dünyaya gəlib.
Hadisə barədə polisə xəbər verilib.
E.Z. polisdə verdiyi ifadəsində bildirib ki, atası A.İ.Y. illərdən bəri ona sürəkli qaydada təcavüz edirmiş.
Həbs olunan 29 yaşlı A.İ.Y.-nin isə qızın doğma yox, ögey atası olduğu aşkarlanıb.
DNT testləri keçirilib və E.Z-nin doğduğu uşağın atasının A.İ.Y. olduğu təsdiqlənib.
Bu arada E.Z. doğma atasının illər əvvəl öldüyünü, ata saydığı A.İ.Y.-nin isə əslində onun anası ilə qeyri-rəsmi nikahda yaşadığı ögey atası olduğunu öyrənib.
Söke məhkəməsinin hökmü ilə A.İ.Y. 30 il müddətinə azadlıqdan məhrum olunub.
Milli.Az