"Avtovağzal" metrostansiyası belə olacaq - FOTOSESSİYA
3 İyul 2013 16:20
Gələn il istifadəyə veriləcək "Avtovağzal" metrostansiyasında işlər artıq yekunlaşmaq üzrədir. Buna stansiyadan hazırladığımız reportaj zamanı şahid olduq. Belə ki, artıq stansiyanın tikintisi başa çatıb. Hazırda stansiyanın içərisi təmir olunur. Təmir başa çatdıqdan sonra stansiyaya avadanlıqlar gətiriləcək.
Anspress-in məlumatına görə, yeni xətlərdə ən müasir sistemlərlə təchiz olunmuş 7 vaqonlu qatarlar hərəkət edəcək. Yeni stansiyalarda platformaların uzunluğu 144 metr olacaq. Stansiyalarda sərnişinlərin təhlükəsizliyini təmin edən şüşə qapılar (PSD) quraşdırılacaq. Təhlükəsizlik tədbirlərindən biri də stansiyaların hər bir nöqtəsinin müşahidə kameraları ilə idarə olunmasıdır. Təhlükəsizliklə yanaşı, sərnişinlərin rahatlığı da nəzərə alınıb.
Belə ki, metroda ventilyasiya sistemi ilə yanaşı, kondisioner sistemi də tətbiq olunacaq. Bununla da qışda metroda sərnişinlər soyuqdan, yayda isə istidən əziyyət çəkməyəcək. Eskalatorlardan əlavə liftlər və travilatorlar quraşdırılacaq. Xüsusən də fiziki cəhətdən qüsurlu olanlara rahat şərait yaradılacaq. Stansiyanın 9 giriş-çıxışı olacaq. Yanğın təhlükəsizliyi məqsədilə ən müasir optimal sistemlər tətbiq olunacaq.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.


























