Azərbaycana qarşı növbəti təxribat
3 İyul 2013 13:15
Milli.Az Publika.az-a istinadən bildirir ki, adı çəkilən stansiya vasitəsilə AM-9677 tezliyində gün ərzində 3 dəfə talış dilində 1 saatlıq verilişlər, eləcə də Azərbaycan dilində 10-15 dəqiqəlik xəbərlər yayımlanır. Gələcəkdə proqramların müddətinin artırılması nəzərdə tutulur. Verilişlərdə əsasən talış xalqının mədəniyyət və tarixinə dair məlumatlar, həmçinin talış dilində mahnılar səsləndirilir. Qurum təsisçilərinin sözlərinə görə, radiodalğalar bütün Azərbaycan ərazisini, İranın şimal bölgələrini, eləcə də Rusiyanın AR ilə həmsərhəd ərazilərini əhatə edir.
"Talışi sədo" radiostansiyanın təsisçilərindən biri "Qafqaz İranşünaslıq Mərkəzinin ("QİM") direktoru, Yerevan Dövlət Universitetinin iranşünaslıq kafedrasının professoru Qarnik Asatryandır. Layihə "QİM" və "Modus Vivendi" mərkəzinin (rəhbəri - ER-in Kanadadakı keçmiş səfıri Ara Papyandır) birgə təşəbbüsü əsasında həyata keçirilir. Quruma texniki dəstək "İmpuls" radiostansiyası tərəfindən göstərilir. "Talışi sədo" radiostansiyasında talış mənşəlli İİR vətəndaşları, İranda talış dili kursları keçmiş ermənilər, eləcə də Yerevan Dövlət Universitetinin iranşünaslıq kafedrasının əməkdaşları çalışırlar.
Qeyd etmək lazımdır ki, "QİM" 1997-ci ildə ER xüsusi xidmət orqanlarının dəstəyi və iştirakı ilə Azərbaycan ərazisində talış mənşəli vətəndaşlar arasında separatçılıq əhval-ruhiyyəsinin gücləndirilməsi məqsədi ilə yaradılıb. Mərkəzə həmçinin İran və Rusiyanm aidiyyəti orqanları tərəfındən geniş dəstək göstərilir. Bu zaman başlıca olaraq Cənubi Qafqazla məşğul olan müxtəlif ictimai təşkilatların, Rusiyada yaşayan talış icmasının nümayəndələrinin, habelə talış millətçi hərəkatının fəallarının imkanlarından istifadə olunmasına böyük əhəmiyyət verilir.
Mərkəz talışların tarixi, mədəniyyəti və etnoqrafiyası ilə yanaşı, Cənubi və Şimali Qafqazda, о cümlədən Azərbaycanda yaşayan kürd, avar, ləzgi və digər etnik qruplaşmaların tədqiqatı ilə məşğul olur. Qurum tərəfındən Niderlandda ingilis dilində "İran və Qafqaz" adlı jurnal nəşr olunur. Mövcud məlumatlara görə, jurnalın redaksiya heyətinə erməni mənşəli alimlərlə yanaşı, iranşünas mütəxəssislər Uve Blessinq (Niderland) və Custo Traina (İtaliya), məşvərət şurasına isə Rusiya Elmlər Akademiyası Əlyazmalar İnstitutunun baş elmi işçisi, fılologiya elmləri namizədi Vladimir Lifşiç, Ceyms Rassel (Böyük Britaniya) və Ehsan Yarşater (ABŞ-İİR) daxildirlər. "QİM" həmçinin talışşünaslıq üzrə beynəlxalq konfransların əsas təşkilatçısı qismində çıxış edir. Bu kontekstdə qeyd olunur ki, müvafıq səpkili ilk konfrans 2005-ci ilin 21-23 may tarixlərində Ermənistanda keçirilib.
Tədbirə maliyyə dəstəyi Qurgen Məlikyana məxsus xeyriyyə fondu tərəfindən göstərilib. 2011-ci ilin 12-13 noyabr tarixlərində "QİM", "Modus Vivendi" mərkəzi, "Türkiyə, İran və Qafqazın Tədqiqatları Beynəlxalq Assosiasiyası" və "Erməni Akademik Əməkdaşlıq və Yardım Assosiasiyası"nın (prezidenti Xaçik Qevorkyandır) təşkilatçılığı ilə "Talışşünaslıq üzrə ikinci beynəlxalq konfrans" keçirilib. Konfransda Ermənistan, Rusiya, İran, bəzi Avropa ölkələri, Kanada və ABŞ-dan 45 alim iştirak edib. Tədbir "Hyksos" fondu tərəfindən maliyyələşdirilib (prezidenti Qraç Qabrielyandır). Konfrans çərçivəsində həmçinin Q.Asatryanın redaktəsi ilə nəşr olunmuş "Talış xalqının tarixi və mədəniyyətinə giriş" kitabının təqdimatı keçirilib.
Bu fonda, bəzi məlumatlara görə, ötən ilin axırlarında "Azəri-Talış Birliyi"nin rəhbəri Mehdibəy Səfərov Azərbaycan Dövlət Radio və Televiziya Yayımı Şurasının rəhbərliyinə Lənkəranda fəaliyyət göstərən "Cənub TV" kanalının əsasında talış dilində verilişlərin hazırlanması xahişi ilə müraciət edib. Bununla yanaşı, qeyd etmək lazımdır ki, 1992-ci ildən etibarən AzTV-nin "Azərbaycanın səsi" beynəlxalq radiostansiyası vasitəsilə talış dilində həftədə 2 dəfə 30 dəqiqəlik verilişlər yayımlanır. Mövcud durumda təhlilçilər adı çəkilən stansiya vasitəsilə yayımlanan verilişlərin efir vaxtının artırılması və sözügedən verilişlərdə talışların ölkəmizdə yaşayan digər etnik qruplaşmaların nümayəndələri ilə yanaşı, һәг hansı milli ayrı-seçkiliyə məruz qalmaması, talış dili, mədəniyyəti və adət-ənənələrinin qorunub saxlanılması və inkişafı üçün lazımi şəraitin yaradılması məsələlərinə, onların respublikamızın çiçəklənməsi və qüdrətlənməsi, habelə ərazi bütövlüyü və suverenliyinin qorunmasında göstərdikləri xidmətlərə xüsusi diqqət ayrılmasını vacib sayırlar.
Sadalananlarla yanaşı, yaxın vaxtlarda erməni millətçiləri tərəfindən Şuşa şəhərində "Ləzgistanın səsi" və "Avarıstanın səsi" adlı yeni radiostansiyaların təsis edilməsi planlaşdırılır.
Müşahidəçilər sözügedən təşəbbüslərə Azərbaycan ərazisində separatçılıq meyllərinin güclənməsi istiqamətində davamlı və məqsədyönlü cəhdlər göstərən Rusiyanın aidiyyəti qurumları tərəfindən rəvac verildiyini vurğulayırlar. Belə ki, son zamanlar RF ərazisində məskunlaşmış separatçı hərəkatların liderlərinin fəal iştirakı ilə Azərbaycan əleyhinə bir sıra tədbirlər təşkil olunub.
Milli.Az