İqtidardan olan deputatdan müxalifətçiyə "valideyn şilləsi" - FOTO

3 İyul 2013 12:51
Türkiyə Böyük Millət Məclisində (TBMM) ötən gün parlament spikerinin seçildiyi vaxt qəribə hadisələr baş verib.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, TBMM sədri olmaq üçün namizədliyini irəli sürən, daha sonra baş nazirin arzusu ilə bunu ləğv etdirən hakim Ədalət və İnkişaf Partiyasının (AKP) millət vəkili Burhan Kuzu kürd millət vəkili Sırrı Süreyya Öndərlə bir müddət söhbət edib. Bu vaxt Kuzu PKK terror təşkilatının siyasi cəbhəsi olan Sülh və Demokratiya Partiyasının (BDP) nümayəndəsi Öndərə zarafatla sillə vurub. Öndər isə onun əlini tutub, daha sonra tərəflər qucaqlaşıblar.

Bu vaxt Kuzu namizədliyi ləğv etdirdiyi üçün incik olduğunu da büruzə verib: "Namizədliyimi irəli sürsəydim, nəticələr fərqli olardı. Amma baş nazirimizin sözünü yerə sala bilməzdim".

Milli.Az

Böyütmək üçün şəklə klikləyin.