Avtomobilinizin ehtiyat hissələrini BOLKART-la "Auto Azerbaijan"-da təzələyin!
2 İyul 2013 15:32
Bundan belə Hyundai, Jeep, Chrysler, Peugeot, Geely, Dodge sahibləri avtomobillərinin ehtiyat hissələrini və servis xərcini Bolkart-la ödəyə bilərlər. Bu, qeyd olunan avtomobil markalarının Azərbaycandakı rəsmi distribütoru olan "Auto Azerbaijan" şirkəti ilə "Bank of Baku" arasında əldə edilmiş razılaşma sayəsində mümkün olub. Bolkart sahibi olan avtomobil sahibləri ehtiyat hissəsi alıb və ya servisdən bəhrələnib, haqqını 3 və 6 aya əlavə xərcsiz ödəyə bilərlər.
Hazırda bu xidmətdən "Auto Azərbaijan" şirkətinin servis və ehtiyat hissələri mərkəzinin iki ünvanına baş çəkməklə faydalanmaq olar: Ziya Bünyadov prospekti, 118 (keçmiş Dərnəgül şossesi) və Babək prospekti, 43A.
Bundan savayı, Bolkart sahibləri daha bir yenilikdən faydalana bilərlər. Belə ki, "Auto Azerbaijan" şirkəti dünyaca məşhur şin istehsalçısı olan Hankook şirkətinin Azərbaycandakı rəsmi distribütoru seçilib. Beləliklə, artıq dünya şöhrətli Hankook şinlərini də Bolkart-la almaq olar.
Bolkart-a malik olmayan avtomobil sahibləri isə yuxarıda qeyd olunan ünvanların yaxınlığında yerləşən "Bank of Baku"-nun "Otoplaza" və "Babək" filialından Bolkart sifariş edib, yeni yaradılmış fürsətdən bəhrələnə bilərlər.
Bolkart kredit kartı barədə daha ətraflı : www.bolkart.az