Windows daha da güclənir?
3 İyul 2013 21:14
Windows 8 əməliyyat sisteminin (ƏS) bazar payı tədricən artmağa davam edir və bu yaxınlarda 5%-lik həddin öhdəsindən gəlib. Beləliklə, sözügedən sistem ilk dəfə olaraq Vista-nı qabaqlaya bilib. Net Applications analitik şirkətinin ekspertləri bildiriblər ki, sözügedən platforma, həmçinin Windows XP mövqelərini əldən verirlər.
Milli.Az ICTnews-a istinadən bildirir ki, Net Applications analitik şirkətinin araşdırmasına əsasən, 2013-cü ilin iyununda Windows 8 ƏS-nin bazar payı 0,83% artaraq 5,1% olub, halbuki Windows 7 ƏS-i 0,48% bazar payı itirib və onun payı hazırda 44.37% təşkil edir. Windows XP-nin payı 0,57% azalaraq 37,17% olub.
Windows ƏS-i ailəsi qlobal kompüter platformaları bazarının 91.51%-nə nəzarət edir. Bir ay ərzində sözügedən ƏS-nin bazar payı 0,16% azalıb, halbuki Mac OS X və Linux ƏS-nin payı müvafiq olaraq 0,13% və 0.02% artıb. Qeyd edək ki, Windows ƏS-nin payı artıq bir neçə ay ardıcıl olaraq azalır.
Milli.Az