Firefox-lu smartfon satılır

2 İyul 2013 19:16
İspaniyanın Telefonica şirkəti dünyada ilk dəfə Firefox əməliyyat sistemi (ƏS) ilə işləyən smartfonların satışına başlayır.

Firefox OS sistemi HTML 5 modeli əsasında yaradılıb. O, büdcəyə uyğun smartfonlar üçün həll kimi nəzərdə tutulub. ZTE Open smartfonu hələ bu ilin fevralında Çinin ZTE Corp şirkəti tərəfindən  Barselonada keçirilmiş Mobile World Congressdə təqdim edilib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, aparat 1 QHs takt tezlikli Qualcomm prosessoru, 3,2 meqapiksellik kamera ilə təchiz edilib, həmçinin Wi-Fi və a-GPS modulları var. Əməli yaddaş 256 MB, daxili yaddaş isə 512 MB təşkil edir.

Telefonica şirkətindən bildirilib ki, Firefox OS sisteminə digər istehsalçılar da dəstək göstəriblər. Bu ilin sonunadək LG Electronics, Huawei və Sony şirkətləri də sözügedən əməliyyat sistemi ilə işləyən məhsullarını təqdim edəcəklər.
Xatırladaq ki, Firefox OS açıq və ödənişsiz sistem sayılır.

Milli.Az