Berti Foqtsun yeni köməkçisi təyin olundu
27 Avqust 2010 18:34
Belə ki, uzun müddətdir boş qalan Berti Foqtsun köməkçisi vəzifəsi bir vaxtların tanınmış futbolçusu Vəli Qasımova həvalə olunub.
Yığmanın may ayında təşkil olunan təlim-məşq toplanışında almaniyalının yanında çalışan veteran futbolçunun elə həmin postda qalması məqsədəuyğun sayılıb.
Qeyd edək ki, Qasımova qədər Foqtsun köməkçisi kimi Vaqif Sadıqov çalışırdı. O, Bakının "Neftçi" klubuna baş məşqçi təyin olunduğu üçün millidən ayrılmışdı.
Milli.Az