Azərbaycan poçtu onlayn ödənişlər xidməti göstərməyə başlayıb

1 İyul 2013 17:44
"Azərpoçt" MMC onlayn ödənişlər xidmətini göstərməyə başlayıb. Bu barədə Trend-ə MMC-dən deyiblər.

Sistem inteqratoru vəzifəsini yerinə yetirən "Goldenpay" şirkəti sistemin texniki quruluşu üzrə işləri həyata keçirib.

Onlayn ödənişlər sistemi istifadəçilərə MMC-nin korporativ internet resursu vasitəsilə xidmətləri ödəməyə imkan verir. Bu zaman VISA və MasterCard elektron bank kartlarından istifadə olunur.

Hazırda onlayn ödənişlər sisteminin köməyi ilə elektrik enerjisi, qaz, internet-provayderlərin xidmətləri, mobil və stasionar rabitə, kabel televiziyası, sığorta və digər xidmətlərə görə abonent ödənişlərini həyata keçirmək mümkündür.

Milli.Az