Motorola dəyişdi
1 İyul 2013 19:16
Belə ki, yeni nişan Motorola-nın Google şirkətinə məxsus olmasını əks etdirir, Lenta yazır.
Milli.Az ICTnews-a istinadən bildirir ki, Motorola loqotipdə qırımızı dairədən və əvvəllər şirkətin adının yazıldığı kursiv şriftdən istifadə etməkdən imtina edib. Yeni nişanda düz çevrədən istifadə edilir, şirkətin adı aşağı registrdə yığılıb və a Google company (Google şirkətinə məxsusdur) yazısı yer alıb.
Loqotipdə M hərfi xarakterik konturlarla saxlanılıb, lakin indi o müxtəlif rəngli çevrələrin daxilinə yerləşdirilib.
Motorola son dəfə loqotipini 2011-ci ildə Motorola Solutions şirkətindən ayrıldıqdan sonra dəyişib. O vaxt şirkət ağ-qara nişanı rənglisi ilə əvəzləyib.
Qeyd edək ki, Google şirkəti 2012-ci ildə Motorola-nı 12,5 milyard dollara satın alıb.
Milli.Az