Ən böyük mediaholdinq parçalandı

29 İyun 2013 09:46
Milli.Az BBC News-a istinadən bildirir ki, hissələrdən biri olan 21st Century Fox televiziya layihələri və şou-biznes, News Corporation nəşrlərlə məşğul olacaq.

Hər iki şirkətin səhmləri iyulun 1-dən etibarən Nyu-York Fond Birjasında FOXA və NWSA adları ilə ticari əməliyyatlara çıxarılacaq.

Rupert Merdok
hər iki strukturun sədri və baş icraçı direktorudur. Onun oğulları Ceyms Lankan da hər iki strukturun direktorlar şurasında yer alıblar.

News Corporation-un baş direktoru postuna The Times-in sabiq baş redaktoru, Wall Street Journal-un şef-redaktoru Robert Tompson təyin olunub.

Milli.Az