“GoldenPay” internet ödəmələr sistemi “Kapital Bank”ın veb saytında

27 Avqust 2010 11:19
"Kapital Bank" ASC müasir tipli universal bank olaraq, müştərilərinin maraq və təlabatlarını daim diqqət mərkəzində saxlayır, yeni bank texnologiyalarından geniş istifadə edir. Məhz müştərilərinin maraqlarını nəzərə alaraq və elektron ticarətin vacibliyini dərk edərək, Kapital Bank e-commerce imkanlarından tam istifadə edir.

Artıq Kapital Bank-ın kart sahibləri bankın elektron ünvanına (www.kapitalbank.az) daxil olmaqla GoldenPay internet ödəmə sisteminə qoşulmuş bütün kommunal xidmətlər, mobil operatorlar, kabel TV, internet provayder və  stasionar telefonlar üzrə ödənişləri həyata keçirə bilərlər. Bunun üçün kart sahibləri saytın ana menyusunda "Online ödənişlər" linkinə daxil olub orda ödəmə həyata keçirtmək istədikləri şirkət və ya təşkilatı seçmək, və lazimi məlumatları daxil etmək kifayətdir. Ödəmədən sonra istifadəçilər ödəmə haqqında bildirişi çap edə və elektron poçtlarına göndərə bilərlər. Hal hazırda bu səhifədə aşağıdakı şirkətlərin ödəmələrini etmək mümkündür:

-    Nar Mobile, Azerfone-Vodafone, Bakcell, Fonex mobil operatorları
-    Aztelekom, BTRIB və CATEL stasionar telefon operatorları
-    BBTV və Connect TV kabel televiziyası
-    Bakıelektrikşəbəkə və Azerigaz kommunal xidmətləri
-    Adanet, Conect, Avirtel, Bakinternet, provayder.az, AzstarNet, AzDatacom internet provayderləri

GoldenPay şirkəti Azərbaycanın ilk və ən təhlükəsiz internet ödəmə sistemi olaraq hal-hazırda 50-dən çox Azərbaycan şirkətinə internet vasitəsilə ödəmələrin qəbulunda dəstəkdir. Sistem fəaliyyət göstərmək üçün "Visa İnternational" və "MasterCard" beynəlxalq plastik kart ödəniş sistemlərindən müvafiq lisenziyalara sahibdir. Dünyanın istənilən bankların Visa/Visa Elektron və MasterCard/Maestro kartlarından bu sistemdə istifadə etmək mümkündür. Sistemin təhlükəsizliyinin artırılması məqsədi ilə "VeriSign" SSL şifrələnməsindən istifadə olunur.

Milli.Az