Şok: 10 yaşında ana oldu
28 İyun 2013 13:55
Milli.Az The Bangkok Post-a istinadən bildirir ki, o, Tailandın ən gənc anası sayılır.
Ölkənin şimalındakı Nahon Panom bölgəsində yaşayan 10 yaşlı qız qeysər kəsimi vasitəsilə ana olub.
Qarnındakı kəskin ağrılar və qanaxmadan şikayətlənən qızı anası xəstəxanaya aparıb.
Həkimlər müayinə zamanı qızın hamilə olduğunu və doğuş sancılarının başladığını anlayıblar.
"Qızımın hamilə olduğunu ağlıma da gətirməzdim. Elə bilirdim kökəlir, qarnı ona görə şişib", - 10 yaşlı qızın anası deyib.
10 yaşında qız doğmuş qız "Nakhon Phanom Wittayakom School" məktəbində oxuyur.
Bu olaydan sonra məktəbdəki şagird qızların hamısı xəstəxanaya müayinəyə göndərilib.
Məktəbin müəllimi Supanni Saepkuanın dediyinə görə, 2700 şagird qızdan 20 nəfərin hamilə olduğu aşkarlanıb. Onların ikisi abort edərək hamiləlikdən qurtulub.
Tailandın Təhsil və Daxili İşlər nazirlikləri biabırçı olayla bağlı araşdırmalara başlayıblar.
Milli.Az
Xəbərin mənbəyi: Young girls falling pregnant earlier