"Nabucco" "Şahdəniz" layihəsinin səhmdarlarının Avropaya qaz nəqli marşrutunun seçimi üzrə qərarını şərh edib
28 İyun 2013 12:09
"Nabucco Gas Pipeline International GmbH" Azərbaycana məxsus "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi üzrə layihənin səhmdarlarının Avropaya qaz nəqli marşrutunun seçimi üzrə qərarla razılaşmır. Trend-in məlumatına görə, bu barədə layihənin cümə günü yaydığı məlumatda bildirilir.
Bəyanatda deyilir ki, qərar hər iki bazarın və istehlakçıların müqayisəsi əsasında və iqtisadi məqsədəuyğunluq nöqteyi-nəzərindən qəbul edilib.
Milli.Az