Snouden Kubaya uçan təyyarədə olmayıb
27 İyun 2013 18:34
Snouden sığınacaq istədiyi Ekvadora getməzdən əvvəl Kubada dayanmalı idi.
Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, Birləşmiş Ştatların casusluqda ittiham etdiyi 30 yaşlı amerkalının bazar günü Honq-Konqdan Moskvaya uçaraq, Şeremetyevo aeroportunun tranzit bölgəsində qaldığı guman edilir.
Rusiyanın hava yolları şirkəti Aeroflot təyyarənin havaya qalxdığı barədə məlumat vermiş, lakin təyyarədəki sərnişinlərin siyahısı barədə açıqlama verməmişdir.
Şirkətdən alınan məlumatda Snoudenin bu gün təyyarəyə minmək üçün qeydiyyatdan keçmədiyi bildirilib.
Milli.Az