Ən sürətli şəbəkə işə salındı

28 İyun 2013 21:39
LTE-A standartına uyğun ilk qurğu Galaxy S4 smartfonunun xüsusi versiyası olub.

Milli.Az ICTnews-a istinadən bildirir ki, yeni xidmət Seul, digər 42 şəhər və 103 universitetdə əlçatandır. Ənənəvi LTE-dən iki dəfə daha sürətli olan LTE-Advanced texnologiyası SK Telecom operatoruna dünyada ilk  olaraq smartfonlara Full HD videoyayımı həyata keçirməyə imkan verəcək.

Xatırladaq ki, SK Telecom baza stansiyalarının quraşdırılması ilə ötən il məşğul olub. Provayder yüksək sürətə görə hələ ki əlavə haqq almır.

Milli.Az