Gün var, əsrə bərabər: Ötənləri yada salaq

27 İyun 2013 10:16
Miladi: 27 iyun 2013
Hicri: 18 Şəban 1434

İlin 178-ci günü
İlin sonuna 187 gün qalır

Bu günün namaz vaxtları

Fəcr - 04.41
Günəş - 06.12
Zöhr - 13.47
Əsr - 18.27
Məğrib - 21.31
İşa - 23.19

E. ə. 209-cu ildə Böyük Hun imperatoru Mete xan taxta çıxıb.

1693-cü ildə Londonda ilk qadın jurnalı "The Ladies' Mercury" nəşr olunub.

1893-cü ildə Nyu York fond birjası iflasa uğrayıb.

1918 - Azərbaycan və türk (Osmanlı) hərbi qüvvələrindən ibarət Qafqaz İslam Ordusu Göyçay yaxınlığındakı döyüşdə "Bakı Soveti"nin qoşunlarını məğlub edib. Bu zəfərdən sonra Qafqaz İslam Ordusunun hissələri daşnak-bolşevik qoşunlarının hücumlarını dayandıraraq əks-hücuma keçməyə başlayıblar.

1918-ci ildə Azərbaycan dili Azərbaycan Xalq Cümhuriyyəti ərazisində dövlət dili elan olunub.

1921 - Azərbaycan K(b)P MK Ermənistanın Dağlıq Qarabağa iddiasını rədd edib. MK-nın qərarında Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğu vurğulanırdı. Bu, ermənilərin Qarabağ iddialarına Azərbaycanın bolşevik rəhbərliyinin ilk cavabı idi.

1924-cü ildə Azərbaycanın Xalq artisti Məlik Dadaşov anadan olub

1967-ci ldə Londonda dünyanın ilk bankomatı istifadəyə verilib

1979-cu ildə Türkiyə Ağrı vilayətinin valisi inzibati binalarda çay içməyi qadağan edib

1985-ci ildən 27 iyun dünyada beynəlxalq balıqçılıq günü kimi qeyd olunur.

1991 - Ali Sovet Azərbaycanın "Suveren Dövlətlər İttifaqı haqqında" müqavilədə iştirak etməsi barədə qərar qəbul edib. Yeni ittifaq müqaviləsinin imzalanmasıMoskvadakı "Avqust qiyamı" nəticəsində baş tutmadı.

1991 - Erməni silahlı birləşmələri Dağlıq Qarabağın Martuni (indiki Xocavənd) rayonunun azərbaycanlılar yaşayan Qaradağlı kəndinə hücum edərək 6 sakini qətlə yetiriblər. Bu, Qarabağ münaqişəsi başlayandan sonra ermənilərin azərbaycanlı yaşayış məntəqəsinə ilk böyük hücumu idi.

1993 - Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağın şimalında Ağdərə (Mardakert) rayon mərkəzini ələ keçiriblər. Ağdərə 1992-ci ilin yayında Azərbaycan ordu hissələrinin nəzarətinə keçmişdi. Ağdərə şəhəri ilə yanaşı, rayonun bir neçə kəndini ələ keçirən ermənilər Ağdam şəhərinin bir neçə kilometrliyinə gəlib çıxıblar.

1998-ci ildə türkiyəli müğənni Kərim Təkin avtomobil qəzasında vəfat edib

2013 - Azərbaycanın xalq artisti Səyavuş Aslan vəfat edib.

Milli.Az