Şou-biznesin ən gənc nənəsi

26 İyun 2013 09:30
Milli.Az xəbər verir ki, hər həftənin çərşənbə günü Lider TV ekranlarında tamaşaçılara bir-birindən maraqlı şou-biznes xəbərləri çatdıran "Pərdə" maqazin proqramının iyunun 26-sı saat 21:30-a təsadüf edəcək buraxılışında yenə də qalmaqallı mövzular çözüləcək.

Rejissoru Aynurə Tahirqızı, aparıcısı Zaur Nəbioğlu, müxbiri Aytac Bayramzadə olan verilişdə biləcəksiniz:

- Könül Kərimova şəxsi həyatı barədə yeni faktları ortalığa çıxartdı! Onu şoka salan səbəb ilk dəfə "Pərdə"də. Könül gənc nənəmi oldu?

- Tünzalə Ağayevadan bir ilk... Onun atacağı bu addım uzun müddət müzakirə olunacaq. Bu nədir?

- Məşhurlardan kim istirahətə necə hazırlaşır? Ən bahalı isirahəti seçən tanınmış "Pərdə"yə danışıdı... Hansı müğənni istirahət üçün kreditə pul götürəcək?

- Türk məşhur Bakıda. Sibel Canın açıqlamaları marağınıza səbəb olacaq. Onun konsertindən ən özəl və ilk görüntülər "Pərdə"də!

Daha hansı türk məşhur Bakıya gəlir? Təşkilatçı Nahid Emiloğlunun deyəcəkləri hamının marağına səbəb olacaq.

- Elton Hüseynəliyev düşmənlərindən danışdı. Onun danışığı bu dəfə kimin üzərinə yönləndi?

- Natiq Şirinov hansı məşhurlarla layihəsini tamamladı? Onun yeni tərəf-müqabili kim olacaq?

- Sevda Ələkbərzadənin olay yaradacaq açıqlaması. O hansı məşhurları bəyənmədi?

Bu və digər maraqlı xəbərləri "Pərdə"də eşidib-görəcəksiniz. Bu axşam saat 21:30-da şou aləmində gizlin heç nə qalmayacaq.

Heç yerdə eşidilməyən, heç yerdə deyilməyən xəbərlər yenə "Pərdə"də müzakirə olunacaq.

Onu da qeyd edək ki, bu mövsümdə "Pərdə"nin son efiridir və bir də "Pərdə" sentyabrdan görüşünüzə gələcək.

Verilişin informasiya dəstəyi Milli.Az-a məxsusdur.

Milli.Az