İyunun 25-də keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlandı
26 İyun 2013 16:25
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ümumi orta və tam orta təhsil səviyyələrini əvvəlki dərs illərində başa vurmuş, lakin müxtəlif səbəblərə görə yekun attestasiyası aparılmamış, eləcədə eksternat qaydasında attestasiyada iştirak etmək üçün bu il təhsil aldıqları təhsil müəssisələrinə müraciət etmiş və imtahana buraxılması haqqında həmin təhsil müəssisəsi tərəfindən qərar qəbul edilmiş şagirdlər üçün iyunun 25-də keçirilmiş buraxılış imtahanlarının nəticələrini açıqlayıb.
TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, imtahanın nəticələri komissiyanın rəsmi internet səhifəsində yerləşdirilib. Şagirdlər həmçinin cavab kartlarının qrafik təsviri ilə də tanış ola bilərlər.
Milli.Az